"​Silk Way West Airlines" Sinqapura uçuşlara başlayıb

"​Silk Way West Airlines" Sinqapura uçuşlara başlayıb Aviaşirkət yaxın aylarda daha bir ədəd "Boeing-747-8F" yük təyyarəsi alacaq
İnfrastruktur
28 İyun , 2016 16:31
​Silk Way West Airlines Sinqapura uçuşlara başlayıb

Bakı. 28 iyun. REPORT.AZ/ “Silk Way West Airlines” şirkəti Sinqapura birbaşa müntəzəm uçuşlara başlayıb.

Aviaşirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, uçuşlar həftədə iki dəfə “Boeing-747-8F” yük təyyarəsi ilə yerinə yetiriləcək və dünyanın başqa istiqamətlərinə həyata keçirilən reyslərlə birləşəcək.

Qeyd edək ki, “Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 ədəd “В747-8F” və 2 ədəd “В747-400F” təyyarə daxildir. 

Bu ilin III rübündə daha bir “В747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin ümumi sayı 6-ya yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.

Son xəbərlər

Orphus sistemi