“Silk Way West Airlines” Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır

“Silk Way West Airlines” Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Çinə uçuşların sayını artırır.
İnfrastruktur
17 Sentyabr , 2018 13:16
“Silk Way West Airlines” Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Çinə uçuşların sayını artırır.

Bu barədə "Report"a  şirkətdən daxil olan məlumatda bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.

Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən “ICAO Cargo Conference” konfransında əldə edilib. Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan edib.

"Biz böyük məmnuniyyətlə Bakı və Çjençjou arasında aviareyslərin tezliyinin həftədə 4 dəfədən 6 dəfəyədək artırıldığını böyük məmnuniyyətlə bildiririk. Beləliklə, biz Xenan əyalətinin höküməti və Çjençjou hava limanı ilə strateji əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq. Biz bu əməkdaşlığın daha da möhkəmlənməsinə şadıq və göstəricilərin daha da artmasını planlaşdırırıq", - “Silk Way West Airlines”in prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib.

Xenan hökümətinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə gələcəkdə iki yük habı arasında reyslərin tezliyini xeyli artırmağa imkan verəcək strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair razılaşma əldə olunub.

“Qısa müddət ərzində biz Çjençjouda aparıcı yük aviadaşıyıcılarından biri olmağa nail ola bildik. Biz aviadaşımaların həcminin və reyslərin sayının bundan sonra da artırılmasına çalışırıq. Böyük İpək Yoluna xidmət üçün əsas imkanlarımız nəzərə alınmaqla Çjençjou bizə inkişaf üçün ideal platforma təqdim edir”, - Volfqanq Meyer deyib.

Son xəbərlər

Orphus sistemi