“Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib

“Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” MMC Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib. 
İnfrastruktur
15 Dekabr , 2017 17:31
“Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” MMC Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib. 

Bu barədə “Report”a Şirkətdən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir “Boeing 747-8F” layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olub. 36 ton həcmində yük Çindən Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilib.

“Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına “Вoeing 747-8F” və “Вoeing 747-400F” təyyarələri daxildir. 

Son xəbərlər

Orphus sistemi