"Silk Way" aviaşirkəti yeni təyyarəsini istifadəyə verib

"Silk Way" aviaşirkəti yeni təyyarəsini istifadəyə verib Təyyarə çarter uçuşları üçün nəzərdə tutulub
İnfrastruktur
24 İyul , 2017 11:45
Silk Way aviaşirkəti yeni təyyarəsini istifadəyə verib

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycanın "Silk Way Business Aviation" şirkəti ikinci "Airbus ACJ319" təyyarəsini istismara verib. "Report"un "Bizavnews" saytına istinadən verdiyi məlumata görə, təyyarə çarter reyslərinin yerinə yetirilməsində istifadə olunacaq.

Xatırladaq ki, bu, şirkətin ikinci belə təyyarəsidir. Belə ki, ötən ilin oktyabr ayında şirkət "Azərbaycan Hava Yolları" QSC ilə tərəfdaşlıq çərçivəsində "Airbus Corporate Jet ACJ319" (4K-8888) təyyarəsinin birgə istismarına başlayıb. Təyyarə yüksəkvəzifəli korporativ və hökumət nümayəndələri, habelə böyük ailələr üçün nəzərdə tutulub.

Qeyd edək ki, şirkətin aviaparkında "Gulfstream" təyyarəsinin "G550", "G650", "G450", "G200" və "G280" modelləri daxildir. Son 4 model məhz çarter daşımaları üçün istifadə edilir.

Son xəbərlər

Orphus sistemi