Yuxarı

"Silk Way Airlines" və "Antonov" 10 ədəd təyyarənin alınması ilə bağlı müqavilə imzalayıb

Müqavilə Le Burje sərgisi çərçivəsində imzalanıb

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanın "Silk Way Airlines" şirkəti və Ukraynanın "Antonov" dövlət müəssisəsi arasında 10 ədəd "An-178" tipli təyyarəsinin alınması barədə müqavilə imzalanıb.

"Report" Ukraynanın "ТСН" kanalına istinadən xəbər verir ki, müqavilə "Le Burje" sərgisi çərçivəsində imzalanıb.

İyunun 15-də Parisin şəhərətrafı rayonu olan Le Burjedə dünyada ən böyük aerokosmik salonlarından biri "Paris Air Show 2015" sərgisi açılıb. Öz ekspozisiyalarını dünyanın 50 ölkəsindən 2260 iştirakçı nümayiş etdirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi