Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hava əlaqəsi haqqında saziş imzalanıb

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hava əlaqəsi haqqında saziş imzalanıb İmzalanma mərasimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub
İnfrastruktur
8 İyul , 2015 18:32
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hava əlaqəsi haqqında saziş imzalanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hava əlaqəsi haqqında saziş imzalanıb.

"Report"un "Azərtac" agentliyinə istinadən verdiyi xəbərə görə, imzalanma mərasimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub.

Sazişi Azərbaycan hökuməti adından səfir Rasim Rzayev, Səudiyyə Ərəbistanı hökuməti adından Baş Mülki Aviasiya Administrasiyasının vitse-prezidenti Feysəl Həməd Əl-Suğeyr imzalayıblar.

İmzalanma mərasimində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Hacıyev və Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi