​Səttar Mehbalıyev: “İstirahət mərkəzlərimizdəki məcburi köçkünlərə mebelin bağışlanmasına qərar vermişik”

​Səttar Mehbalıyev: “İstirahət mərkəzlərimizdəki məcburi köçkünlərə mebelin bağışlanmasına qərar vermişik” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus bəzi istirahət mərkəzlərində hələ də məcburi köçkünlər qalırlar
İnfrastruktur
29 İyun , 2016 19:49
​Səttar Mehbalıyev: “İstirahət mərkəzlərimizdəki məcburi köçkünlərə mebelin bağışlanmasına qərar vermişik”

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus bəzi istirahət mərkəzlərində hələ də məcburi köçkünlər qalırlar. "Report" xəbər verir ki, bu açıqlama ilə AHİK prezidenti Səttar Mehbalıyev çıxış edib.

“Abşeronda, "Qaranquş" sanatoriyasının, Şıxovdakı istirahət obyektinin bir hissəsində məcburi köçkünlər qalır. Naftalanda isə 80-90% ərazi qaçqınlar tərəfindən istifadə olunur. Baxmayaraq ki, biz qeyri-dövlət təşkilatı kimi bu məskunlaşmaya görə dövlətdən, onların komitəsindən vəsait ala bilərik, amma bunu etmirik. Hətta biz məcburi köçkünlərin istifadə etdiyi mebelin onlara bağışlanmasına qərar vermişik. Demişik ki, səliqəli saxlayın, gedəndə də özünüzlə aparın", - deyə S.Mehbalıyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi