"Şeremetyevo" aeroportu özəlləşdirilir

"Şeremetyevo" aeroportu özəlləşdirilir Dövlətin şirkətdəki iştirak payı 31,56%-ə düşüb
İnfrastruktur
15 Fevral , 2016 19:17
Şeremetyevo aeroportu özəlləşdirilir

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın "Şeremetyevo" hava limanı özəlləşdirilib. "Report"un "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, aktivlərin konsolidasiyası nəticəsində "Şeremetyevo" aeroportunun nizamnamə kapitalında dövlətin payı 31,56%, "Şeremetyevo Holdinq" (aviaholdinq milyarderlər Arkadi Rotenberq, Aleksandr Ponomarenko və Aleksandr Skoroboqatkonun ailəsinə məxsusdur) ilə təmsil olunan özəl sahibkarın payı isə 68,44% təşkil edəcək.

Rusiya saytının yazdığına görə, məsələ ilə bağlı açıqlamada bildirilir ki, qəbul edilən qərar dövlət-özəl sektor tərəfdaşlıq prinsipləri əsasında Moskva aviasiya qovşağının strateji inkişafına yöndəldilib.

Qeyd edək ki, "Şeremetyevo" hava limanının illik buraxılış gücü 35 mln.-dan artıq sərnişin təşkil edir və ölkənin ən iri aerovağzal kompleksidir. Aeroportun 6 sərnişin terminalı, habelə "Aeroekspress" dəmiryolu terminalı var.

Son xəbərlər

Orphus sistemi