Yuxarı

​Şəmkirin Baş Planı layihəsinin hazırlanması həyata keçirilir

Bu gündən ilkin layihə ictimaiyyətin müzakirəsinə çıxarılıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sifarişi ilə Şəmkir şəhərinin Baş Planı layihəsinin hazırlanması həyata keçirilir. DŞAK-dan "Report"a daxil olan xəbərə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq, Baş Planın ilkin layihəsinin ictimaiyyətə təqdim olunması oktyabrın 28-dən başlayaraq 60 gün müddətində Şəmkir şəhərində keçiriləcək.

Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün aşağıdakı ünvana müraciət etmək olar: 

Şəmkir şəhəri, M.Ə.Sabir küçəsi,15, Şəmkir Şəhər İcra Hakimiyyətinin inzibati binası.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi