Şəmkir-Alabaşlı dəmir yolu xətti təmir olunur

Şəmkir-Alabaşlı dəmir yolu xətti təmir olunur Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Şəmkir-Alabaşlı mənzilində 8,6 km-lik yolun təmirinə start verilib.
İnfrastruktur
8 Yanvar , 2018 09:47
Şəmkir-Alabaşlı dəmir yolu xətti təmir olunur

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Şəmkir-Alabaşlı mənzilində 8,6 km-lik yolun təmirinə start verilib.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 5 gün davam edəcək təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci il tarixində “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günədək 430 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi