Bakıda "Azərbaycanda Fitosanitar Nəzarətin və Diaqnostik Xidmətlərin Gücləndiriməsi" layihəsi çərçivəsində seminar keçirilib

Bakıda "Azərbaycanda Fitosanitar Nəzarətin və Diaqnostik Xidmətlərin Gücləndiriməsi" layihəsi çərçivəsində seminar keçirilib Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda Fitosanitar Nəzarətin və Diaqnostik Xidmətlərin Gücləndiriməsi layihəsi çərçivəsində bağlanış seminarı keçirilib.
İnfrastruktur
19 Dekabr , 2018 18:30
Bakıda Azərbaycanda Fitosanitar Nəzarətin və Diaqnostik Xidmətlərin Gücləndiriməsi layihəsi çərçivəsində seminar keçirilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakıda "Azərbaycanda Fitosanitar Nəzarətin və Diaqnostik Xidmətlərin Gücləndiriməsi" layihəsi çərçivəsində bağlanış seminarı keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, tədbirdə DGK, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.

Yekun nəticələrlə bağlı məlumat verən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Fitosanitar Nəzarəti Xidməti və DGK-nın idxal-ixrac əməliyyatları zamanı fitosanitar mühafizənin tənzimlənməsi və inkişafı ilə bağlı öz təcrübələrini genişləndiriblər. M.Çakmak layihə müddətində qurumlar arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib və bu əməkdaşlıq nəticəsində əldə edilən bilik və təcrübələrin gələcəkdə Azərbaycan və dünya əhalisi üçün olduqca faydalı olacağını bildirib.

DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini Mübariz Mustafayev bu lahiyənin həm DGK-nın, həm də digər dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını bildirib.

Qeyd edilib ki, Layihə çərçivəsində gömrükçülərin əldə etdiyi biliklər fitosanitar nəzarətə cəlb olunan mallara gömrük nəzarətinin daha da səmərəli şəkildə təşkilinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə əlverişli şərait yaradıb.

Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Damət Sultanov, Qida Təhlükəsizliyi Agentliyinin Fitosanitar Nəzarəti şöbəsinin müdiri Xəyalə Dadaşova layihənin aidiyyəti qurumların əməkdaşlarının ölkədə zərərvericilərin yayılması və bitki sağlamlığının təhlükəsizliyi risklərinin azaldılması, habelə bitki və bitki məhsullarının idxal yoxlaması və ixrac sertifikatlaşdırması sahəsindəki bilik və bacarıqlarının həm yerli, həm də beynəlxalq səviyyədə təkmilləşdirmişində mühüm rol oynadığını bildiriblər.

Daha sonra FAO-nun beynəlxalq məsləhətçisi Arnitis Ringolds layihə çərçivəsində əldə olunan nəticələrə dair təqdimatla çıxış edib.

Qeyd edək ki, məhz FAO-nun bu layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini Mübariz Mustafayev rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin dekabr ayında Latviyanın Riqa şəhərində 5 günlük təlimdə iştirak edib. Təlim çərçivəsində iştirakçılara Avropa və Aralıq dənizi bitki mühafizə təşkilatının beynəlxalq fitosanitar nəzarəti məsələləri, fitosanitar qeydiyyatın aparılması, laboratoriyaların strukturları və İSO 17025: 2005 standartına uyğun olaraq keyfiyyət sisteminin tələbləri, oduncaq tərkibli qablaşdırma materiallarının yoxlanılması, barədə məlumat verilib, Latviya Respublikasının Rusiya Federasiyası ilə sərhədində yerləşən "Terehova" avtomobil və "Rezekne" dəmir yolu gömrük-sərhəd buraxılış məntəqələrində fitosanitar nəzarətin təşkili ilə əyani şəkildə nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi