Şəkidə sel suları nəticəsində sıradan çıxan yol bərpa olunub - FOTO

Şəkidə sel suları nəticəsində sıradan çıxan yol bərpa olunub - FOTO Yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
İnfrastruktur
15 İyul , 2016 10:49
Şəkidə sel suları nəticəsində sıradan çıxan yol bərpa olunub - FOTO

Bakı. 15 iyul. REPORT.AZ/ Şəki rayonunun Cunut kəndində sel sularının yuyaraq sıradan çıxardığı yol bərpa olunub. 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dağlara yağan aramsız leysan yağışları nəticəsində Biləcik çayına gələn güclü sel səbəbindən kəndə gediş-gəliş çətinləşmişdi. 

Qurumdan bildirilib ki, ağır texnikası və canlı qüvvə cəlb olunmaqla, qısa müddət ərzində sel suları nəticəsində yuyularaq sıradan çıxan yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, son aylar ərzində intensiv yağıntılar və sel suları nəticəsində Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda avtomobil yollarına ziyan dəyib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Masallı-Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələri daha da fəallaşdığından avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranmışdı. 

“Azəravtoyol” ASC tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən ərazilərdə hərəkətin fasiləsizliyi təmin olunub.

Son xəbərlər

Orphus sistemi