Şəki Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Şəki Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb Bakı. 29 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
29 Oktyabr , 2018 18:20
Şəki Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Sərəncamda qeyd olunur ki, ölkəmizin qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Son illərdə Şəkidə sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən “ASAN Həyat” Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Muzeyi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli Uşaq Evi, əlil və şəhid ailələri üçün ümumilikdə 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Olimpiya İdman Kompleksi, Şəki Dövlət Dram Teatrının binası yenidən qurulmuş, “Aşağı Karvansaray” Kompleksi, “Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi bərpa olunmuş, ən müasir tələblərə cavab verən yeni turizm obyektləri, 29 yeni ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, rayonun yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, ümumi gücü 87,6 MVt olan modul tipli elektrik stansiyası tikilmiş, iri emal və istehsal müəssisələri yaradılmış, 21 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Son xəbərlər

Orphus sistemi