Şəhərlərarası reyslər yerinə yetirən avtobusların sürəti azaldılıb

Şəhərlərarası reyslər yerinə yetirən avtobusların sürəti azaldılıb Maksimal sürət 60 km/saat həddində müəyyənləşdirilib
İnfrastruktur
26 Yanvar , 2016 14:23
Şəhərlərarası reyslər yerinə yetirən avtobusların sürəti azaldılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalı bölgələrə səfər edən nəqliyyat vasitələrinə sürətin azaldılmasına dair göstəriş verib. Bunu "Report"a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrinə sürət həddini 60 km/saatı aşmamaq tapşırılıb.

Hazırda bölgələrə gedən yollarda hər hansı bir ciddi problemin olmadığını deyən M.Abdullayev əlavə edib ki, avtobusların gedişi və gəlişində gecikmə qeydə alınmayıb.

Növbə rəisi sərnişinlərin sayının da azaldığını vurğulayıb: "Ümumiyyətlə, qış mövsümündə sərnişinlərin sayında azalma müşahidə edilir".

Son xəbərlər

Orphus sistemi