Səhər saatlarında ​Bakının bəzi küçələrində sıxlıq var

Səhər saatlarında ​Bakının bəzi küçələrində sıxlıq var Hazırkı tıxac nisbi xarakter daşıyır
İnfrastruktur
25 Mart , 2015 09:35
Səhər saatlarında ​Bakının bəzi küçələrində sıxlıq var

Bakı. 25 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda qeyri-iş günləri olsa da, şəhərin bəzi hissələrində nisbətən sıxlıq yaşanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, Babək prospektindən Heydər Əliyev prospektinə qədər olan döngə təmir işləri ilə əlaqədar bağlı olduğu üçün hazırda Babək prospekti istiqamətində nisbətən sıxlıq müşahidə edilir.

Bundan başqa, Azadlıq prospekti və Ziya Bünyadov prospekti (keçmiş Karl Marks) istiqaməti də sıxlıq müşahidə edilən yollardandır. 

Son xəbərlər

Orphus sistemi