Səfir Türkiyə ilə Naxçıvan arasında uçuşlara aydınlıq gətirdi

Səfir Türkiyə ilə Naxçıvan arasında uçuşlara aydınlıq gətirdi Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türk Hava Yollarının Naxçıvana uçuşları müvəqqəti olaraq dayandırmasına münasibət bildirib.
İnfrastruktur
27 Fevral , 2020 15:31
Səfir Türkiyə ilə Naxçıvan arasında uçuşlara aydınlıq gətirdi
Erkan Özoral / Report / Firi Salim

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türk Hava Yollarının Naxçıvana uçuşları müvəqqəti olaraq dayandırmasına münasibət bildirib.

"Report"un məlumatına görə, E.Özoral bildirib ki, Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında quru sərhədlər bağlı deyil, yük və nəqliyyat sərbəst hərəkət edir.

Bununla belə, səfir deyib ki, koronavirus təhlükəsi ilə bağlı havada sərnişinlərə nəzarət etmək mümkün deyil, buna görə də Naxçıvana uçuşlar hələlik müvəqqəti dayandırılıb: “Koronavirus təhlükəsi ilə bağlı indidən bir söz demək mümkün deyil. Ona görə də uçuşların nə vaxt bərpa olunacağını indidən söyləmək mümkün deyil”.

Son xəbərlər

Orphus sistemi