Yuxarı

Səfir: “Pakistanın Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması üzərində iş gedir”

Azərbaycanın bununla bağlı təklifi Pakistanın müxtəlif nazirliklərində nəzərdən keçirilir
© Report/ Firi Salim — Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand

Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev ötən il Pakistana rəsmi səfəri zamanı bu ölkənin Şimal–Cənub nəqliyyat dəhlizinə qoşulması ilə bağlı təklif irəli sürüb.

Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

Onun sözlərinə görə, ölkəsi həmin təklifi nəzərdən keçirir: "Hesab edirəm ki, Pakistan Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyər. Təbii ki, bunun üçün danışıqlar aparılmalıdır. Bu, Pakistan üçün müsbət haldır. Şimal-Cənub nəqliyyat dəhlizi ticarət, insanlar arasında əlaqələr, həmçinin turizmin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Təklif Azərbaycandan gəlib və müxtəlif nazirliklərə göndəririlib. Hazırda təklif üzərində iş gedir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi