Yuxarı
    Bağlamaq

    Səfir: "Azərbaycanda "An-178" təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır"

    Aleksandr Mişenko: Ukrayna tərəfi satış üçün 2 təyyarə hazırlayır, digər 8 təyyarə Azərbaycanda yığılacaq

    Bakı. 7 fevral. REPORT.AZ/ "Azərbaycanda "An-178" təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır".

    Bu barədə "Report"a Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib.

    O xatırladıb ki, Bakı və Kiyev arasında 10 ədəd "An-178" yük təyyarəsinin tədarükü ilə bağlı razılaşma mövcuddur. Səfir əlavə edib ki, Ukrayna tərəfi satış üçün 2 təyyarə hazırlayır, digər 8 təyyarə isə Azərbaycanda yığılacaq.

    "Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Oleq Qladkovski ilə "Azərbaycan Hava Yolları"nın (AZAL) prezidenti Cahangir Əsgərov arasında daimi məsləhətləşmələr aparılır. AZAL artıq modullar və yığım prosesinin olacağı məkanların inşasına başlayıb", - deyə diplomat vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi