Sədr müavini: “İnsanlar “28 may” stansiyasının yeni çıxışından az istifadə edir”

Sədr müavini: “İnsanlar “28 may” stansiyasının yeni çıxışından az istifadə edir” “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında sərnişin sıxlığı burada kəsişən 2 xətt ayrılana qədər həmişə olacaq”.
İnfrastruktur
14 Mart , 2019 17:23
Sədr müavini: “İnsanlar “28 may” stansiyasının yeni çıxışından az istifadə edir”

Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında sərnişin sıxlığı burada kəsişən 2 xətt ayrılana qədər həmişə olacaq”.

Bunu “Report”a açıqlamasında qurumun sədri müavini Hidayət Məmmədov deyib.

“Bilirsiniz ki, metronun Yaşıl və Qırmızı xətləri “28 may" stansiyasında kəsişir. Buna görə də orada kifayət qədər sərnişin sıxlığı var və olacaq. Bu vəziyyət o vaxta qədər davam edəcək ki, xətlər ayrılsın”, - deyə o qeyd edib.

Bundan başqa, H.Məmmədovun sözlərinə görə, “28 may” stansiyasının iki çıxışı olsa da, insanlar yeni çıxışdan az istifadə edirlər: “Halbuki, Azərbaycan Dillər Universitetinə gedən tələbələr yeni çıxışdan istifadə edə bilər. Amma müşahidələr göstərir ki, onların da əksəriyyəti köhnə çıxışdan istifadə edir".

Son xəbərlər

Orphus sistemi