Sədr müavini: “Bakı Metropoliteni”nin Bənövşəyi xəttinin yeni stansiyası tikiləcək"

Sədr müavini: “Bakı Metropoliteni”nin Bənövşəyi xəttinin yeni stansiyası tikiləcək" “Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının yaxınlığında Bənövşəyi xəttin yeni stansiyası tikiləcək.
İnfrastruktur
12 Sentyabr , 2019 12:22
Sədr müavini: “Bakı Metropoliteni”nin Bənövşəyi xəttinin yeni stansiyası tikiləcək
Hidayət Məmmədov / Report / Elchin Murad

Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının yaxınlığında Bənövşəyi xəttin yeni stansiyası tikiləcək".

Bunu “Report”a açıqlamasında qurumun sədr müavini Hidayət Məmmədov deyib.

“Şərti adı "B7" olacaq stansiya "Xətai" stansiyası ilə birləşəcək. Son nəticədə burdan “Avtovağzal” stansiyasına qədər getmək olacaq”, - o bildirib.

H.Məmmədov metronun "Cəfər Cabbarlı" stansiyasının "Nizami" stansiyası ilə birləşdirilməsi barədə planın da gündəmdə olduğunu qeyd edib: “Bunun üçün tunelin tikintisi metronun inkişaf konsepsiyasına uyğun aparılacaq”. 

Son xəbərlər

Orphus sistemi