Yuxarı
    Bağlamaq

    ​"Sberbank" İstanbulda yeni aeroportun inşasına 500 mln. avro ayırıb

    Məlumata görə, kredit anlaşmasının müddəti 16 ildir

    Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyanın ən böyük bankı olan "Sberbank" Türkiyədə sahibi olduğu "Deniz Bank"ın vasitəçiliyi ilə İstanbulun 3-cü hava limanının inşası üçün 500 mln. avro kredit ayırıb. 

    "Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda "Sberbank"ın İdarə Heyətinin sədr müavini Sergey Qorkovla İGA hava limanının rəsmiləri Mehmet Cengiz, Nihat Özdemir və Cemal Kalyonçu arasında müqavilə imzalanıb.

    Məlumata görə, kredit anlaşmasının müddəti 16 ildir.

    İmzalanma mərasimindən sonra açıqlama verən S.Qorkov dünyanın ən böyük hava limanının tikintisinə maliyyə ayırmalarından məmnun olduğunu açıqlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi