​"Sberbank" 177 ofisini bağlayır

​"Sberbank" 177 ofisini bağlayır Rusiyanın kommersiya daşınmaz əmlakı bazarında böhran yaranır
İnfrastruktur
6 May , 2015 16:35
​Sberbank 177 ofisini bağlayır

Bakı. 6 may. REPORT.AZ/ Rusiyanın "Sberbank" ASC ölkənin ən iri şəhərlərində yerləşən ofislərində mülk sahiblərinin icarə haqlarında endirimə getməyəcəkləri təqdirdə icarə müqavilələrini ləğv edəcəyini bildirib. Qeyd edək ki, bu ofislərin yerləşdiyi şəhərlərdə əhalinin sayı 100 min nəfərdən artıqdır. Bankdan verilən məlumata görə, hazırda icarə haqlarının məbləği qeyri-effektiv hesab olunur və bank ən az 20% endirim tələb edir.

"Report" xəbər verir ki, icarədarlar endirimə getməyəcəkləri təqdirdə, "Sberbank" müqaviləni ləğv edərək sözügedən ofisləri digər ofislərlə birləşdirməyi və ya yeni ünvana köçürməyi düşünür.

Qeyd edək ki, banklar və ictimai iaşə obyektləri "street-retail", yəni əsas küçələrdə yerləşən kommersiya obyektləri seqmentinin əsas müştəriləri hesab olunur. Belə ki, Rusiyada 2013-cü ildə bu sahədə bankların payı 7,5%, 2012-ci ildə 9,1% olduğu halda, 2014-cü ildə bu göstərici 2,6%-ə enib.

"Colliers International" beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, Moskvanın ən məşhur küçələrindən olan Tverskoyda təklif olunan ofis sahələrinin payı 12%-ə yüksəlib. Keçən il bu küçədə hər 1 kv.metr boş sahənin illik icarə haqqı 2 500 - 6 000 dollar idisə, hazırda 1 000 - 3 500 dollara enib.

"DNA Realty" daşınmaz əmlak və konsaltinq şirkətinin açıqlamalarına görə, rubl ekvivalentində qiymətlər 10-20% azalıb. İcarədarlar "yaxşı" yerlərdə 7-10%, digər yerlərdə isə 20-30% endirim etməyə hazırdırlar.

Son xəbərlər

Orphus sistemi