Samux rayonunda 36 km-lik avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO

Samux rayonunda 36 km-lik avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO Layihə çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb
İnfrastruktur
4 May , 2017 13:26
Samux rayonunda 36 km-lik avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 4 may. REPORT.AZ/ Samux rayonu, Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, ümumi uzunluğu 36 km olan yolun 12 km-i dövlət başçısının 9 iyun 2014-cü il tarixli sərəncamına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 24 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-yə həvalə edilib: "Hazırda cəmiyyət yolun sözügedən hissəsinin tikintisi işləri IV texniki dərəcəyə uyğun texnoloji ardıcıllığa riayət edilməklə aparılaraq yekunlaşdırır".

Layihə çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün yolun yararsız qruntu 1 metrə qədər qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib.

Artıq yolun 17 km-lik hissəsində qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri yekunlaşdırılaraq 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə isə yolun 147 min kv. m sahəsinə asfalt döşənməsi nəzərdə tutulub. Yolun qalan 7 km-lik hissəsində hazırda yol əsasının tikintisi davam etdirilir, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir.

Layihə üzrə yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metrdir. Yol kənarında 2 metr enində çiyinlər də daxil yol yatağının eni isə 10 metr təşkil edir. Tikintinin aparıldığı ərazilərdə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilib, buna paralel olaraq yeni su boruları qurulub, su keçidləri inşa edilib. Bundan başqa aparılan işlər çərçivəsində Gəncə çayı üzərində uzunluğu 63 m, eni isə 9 m olan 2 aşrımlı metal konsturiksiyalı körpü də inşa edilib.

Görülən işlər tam olaraq başa çatdıqdan sonra 8 ədəd avtobus dayanacağı, zəruri olan yerlərdə isə 95 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 73,5 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəklişi işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi