Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində “Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti - XV iclası keçirilib.
İclasda sazişin icra olunması, Samurçay baş hidroqovşağının istismarı, sudan istifadə məlumatlarının qarşılıqlı mübadiləsi, hidroqovşaqdan ekoloji su buraxmalarına riayət edilməsi və su bölgüsü ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri,
Xatırladaq ki, sazişə əsasən, komissiyanın iclası ildə iki dəfə Azərbaycan və Rusiya ərazisində keçirilir.