Salyanda yeni körpü istifadəyə verilib - VİDEO

Salyanda yeni körpü istifadəyə verilib - VİDEO 6 aşırımlı körpünün uzunluğu 200 metr, eni 14,5 metrdir
İnfrastruktur
23 Sentyabr , 2016 16:05
Salyanda yeni körpü istifadəyə verilib - VİDEO

Bakı. 23 sentyabr. REPORT.AZ/ Salyanın Babazanan yaşayış məntəqəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan yeni körpü istifadəyə verilib.

Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumata görə, Kür çayı üzərində salınmış 6 aşırımlı körpünün uzunluğu 200 metr, eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni isə hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Körpü elementləri A15 və NK100 hərəkətli yüklərin təsirinə və 9 bal zəlzələyə hesablanaraq layihələndirilib.

Kür çayında su axının təmizlənməsi üçün uzunluqları sağ sahildə 216 metr, sol sahildə isə 142 metr olan qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilib.

Layihəyə uyğun olaraq Salyan rayonu tərəfdən123,18 metr, Babazanan yaşayış sahəsi tərəfindən isə 221, 213 metr olan yanaşma yolları tikilib.

Son xəbərlər

Orphus sistemi