Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur Ümumilikdə 100 min kv.m sahənin asfaltlanması işləri görülücək
İnfrastruktur
29 Mart , 2017 12:54
Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Bakı. 29 mart. REPORT.AZ/ “Azəravtoyol” ASC bu il 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrinin icra olunması ilə bağlı dövlət başçısının tapşırığına əsasən Salyan rayonunda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda yenidən qurma işləri aparır.

Qurumdan "Report"a bidlirilib ki, bu, torpaq və çınqıl örtüklü olan 16 km-lik Qaraçalar - Düzənlik - Peyk - Birinci Varlı avtomobil yoludur. 

Yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının inşası işləri görülür. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə isə xüsusi qum-çınqıl qarışığından ibarət material tökülərək yenidən kipləşdirmə işləri aparılır. Daha sonra yol geyiminin əsasının tikintisi işləri aparılacaq. Yol əsası qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət olacaq.

Avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq yol bir gediş bir gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət zolaqlarının eni 3 metr olmaqla ümumi hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Hər bir istiqamət üzrə 2 metr çiyinlər də daxil yol yatağının eni isə 10 metrdir.

Torpaq işləri bitdikdən sonra yolun asfaltlanması planlaşdırılır. Salınacaq asfalt-beton örtüyünün qalınlığı 10 sm olmaqla 2 qat olacaq. Ümumilikdə təqribən 100 min kv.m sahənin asfaltlanması işləri görülücək.

Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 54 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol kənarına təhlükəsizlik dirəkləri qoyulacaq və yola üfiqi nişanlama xətləri çəkiləcək. Bundan başqa, yolun altından suların ötürülməsi üçün 6 yerdə uzunuqları 12 metr olan dəmir borular da quraşdırılacaq.

Bütün işlər “Azəravtoyol” un xüsusi nəzarəti altında tərtib olunan qrafikə uyğun aparılır. 

Qeyd edək ki, kənd yolunun tikintisi 4 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

Son xəbərlər

Orphus sistemi