Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
8 Yanvar , 2015 18:09
Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Salyan Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi