Salyan-Biləsuvar yolunun yararsız hissəsi bərpa olunub

Salyan-Biləsuvar yolunun yararsız hissəsi bərpa olunub Yol artıq sürücülərin istifadəsinə açıqdır
İnfrastruktur
1 Sentyabr , 2017 12:42
Salyan-Biləsuvar yolunun yararsız hissəsi bərpa olunub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Yararsız halda olan Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonları arasında yerləşən 2 km-lik hissəsi bərpa olunub. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, qeyd edilən yol artıq sürücülərin istifadəsinə verilib. 

"Bir müddət bundan öncə ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yolun hərəkət hissəsi dağılaraq yararsız hala düşən Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonları arasında yerləşən 2 km-lik hissəsi qısa müddət ərzində bərpa olunub. Yol artıq sürücülərin istifadəsinə açıqdır", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi