Sahil qəsəbəsinin bir neçə küçəsində təmir işləri aparılır

Sahil qəsəbəsinin bir neçə küçəsində təmir işləri aparılır Ümumilikdə 13 min kv. metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək
İnfrastruktur
29 Aprel , 2016 09:22
Sahil qəsəbəsinin bir neçə küçəsində təmir işləri aparılır

Bakı. 29 aprel. REPORT.AZ/ Qaradağ rayonu Sahil qəsəbəsinin bir neçə küçəsində eyni vaxtda təmir işləri aparılır. Bu, Emin Quliyev küçəsinin 360 metr, Zahid Qasımov küçəsinin 530 metr, Rövşən Rzayev küçəsinin 210 metr və Bəxtiyar Əliyev küçəsinin 550 metr uzunluğunda olan hissələridir.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, təmir işləri çərçivəsində E.Quliyev küçəsinin 3 600 kv. metr, Z.Qasımov küçəsinin 3 700 kv. metr, R.Rzayev küçəsinin 1 500 kv. metr, B.Əliyev küçəsinin isə 4 200 kv. metr hissələri olmaqla, ümumilikdə 13 min kv. metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bundan başqa, E.Quliyev küçəsində 400 poqon metr səki daşı da yenisi ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi