Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətləri çəkilə bilər

Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətləri çəkilə bilər Hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır
İnfrastruktur
10 Avqust , 2017 10:04
Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətləri çəkilə bilər
Report

Bakı. 10 avqust.REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsini planlaşdırır. 

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) ADY üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bildirib. 

Azərbaycanda dəmir yollarının inkişaf proqramının hazırlanığını qeyd edən X.Hümbətov deyib ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama-Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Hava Limanına, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

Son xəbərlər

Orphus sistemi