Şahdağ Turizm Kompleksi üçün sutəmizləyici qurğu inşa edilir

Şahdağ Turizm Kompleksi üçün sutəmizləyici qurğu inşa edilir Xaçmaz rayonunda birinci mərhələdə məhsuldarlığı sutkada 20 min kubmetr olacaq bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir.
İnfrastruktur
20 Fevral , 2020 15:58
Şahdağ Turizm Kompleksi üçün sutəmizləyici qurğu inşa edilir

Xaçmaz rayonunda birinci mərhələdə məhsuldarlığı sutkada 20 min kubmetr olacaq bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir.

"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində tikilən qurğuda işlər hazırda intensiv qaydada davam etdirilir. Tullantı sutəmizləyici qurğuda Xaçmaz, Qusar və Quba şəhərləri ilə yanaşı, Şahdağ Qış-Yay Turizm Kompleksi ərazisində yaranan tullantı suları da təmizlənəcək. Tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə daşıyıcı kollektorlar inşa edilib. Qurğuda təmizlənən su Qudyalçay dərəsinə axıdılacaq. Bu məqsədlə 2 km uzunluğunda kollektor tikilib. Tullantı sutəmizləyici qurğunun inşasının bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, regionlarda həyata keçirilən layihələr çərçivəsində 18 şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Cari ilin sonuna qədər daha 9 şəhərdə tullantı sutəmizləyici qurğuların inşası başa çatacaq. Ümumilikdə indiyədək 52 şəhər və rayon mərkəzində içməli su və tullantı su layihələri icra olunub. Bu şəhərlərin 30-da içməli su və kanalizasiya, 11-də isə içməli şəbəkələrin tikintisi yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi