Sabunçuda yerüstü piyada keçidi inşa olunur - FOTO - VİDEO

Sabunçuda yerüstü piyada keçidi inşa olunur - FOTO - VİDEO Keçiddə fiziki qüsurli insanların hərəkəti üçün də panduslar quraşdırılacaq
İnfrastruktur
15 İyul , 2016 14:05
Sabunçuda yerüstü piyada keçidi inşa olunur - FOTO - VİDEO

Bakı. 15 iyul. REPORT.AZ/ Sabunçu rayonu, Şəhər şosesi Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru hissədə yerüstü piyada keçidinin inşasına start verilib. 

“Azəravtoyol” ASC-dən "Report"a verilən məlumata görə, yerüstü piyada keçidi metal konstruksiyalı olacaq. Keçid 2 çıxışlı, 2 aşırımlı (orta dayaqlı ) və üstü bağlı tikiləcək. Burada fiziki qüsurli insanların hərəkəti üçün də xüsusi panduslar quraşdırılacaq.

Keçidin uzunluğu 42,3 metr, pilləkənlərin uzunluğu 32,7 metr olmaqla qalereyasının uzunluğu 75 metr olacaq. Layihə çərçivəsində keçidin qalereyasının eni 4 metr, hündürlüyü 3.6 metr, yol səthindən hündürlüyünün isə 5.5 metr olması nəzərdə tutulub.

Qeyd edək ki, ilkin olaraq avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi daha 6 ərazidə metal və dəmir-beton konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq bu istiqamətdə hazırlıq işləri görülür. Yerüstü piyada keçidlərinin tikintisində məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Son xəbərlər

Orphus sistemi