Sabunçu rayonunda yollar və səkilər genişləndirilir - FOTO

Sabunçu rayonunda yollar və səkilər genişləndirilir - FOTO Rayonun iki küçəsinin kəsişməsində təmir-bərpa işləri həyata keçirilir
İnfrastruktur
19 Aprel , 2016 09:59
Sabunçu rayonunda yollar və səkilər genişləndirilir - FOTO

Bakı. 19 aprel. REPORT.AZ/ Sabunçu rayonu Rüstəm Rüstəmov və Ramiz Qəmbərov küçələrinin kəsişməsində yerləşən dairədə və dairə ətrafında təmir-bərpa işləri həyata keçirilir.

"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, mövcud dairənin diametri kiçildilərək kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib, dairənin içərisinə qazon otu əkilib.

Dairənin diametrinin kiçildilməsi və yol kənarlarının müəyyən hissələrdə genişləndirilməsi nəticəsində yolun hərəkət hissəsi ümumilikdə 2-5 metrarası genişləndirilib.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol kənarlarında olan mövcud piyada səkiləri bərpa edilərək, 200 kvad. m ərazisi asfaltlanıb. Ümumilikdə dairənin və piyada səkilərinin kənarlarına 150 paqon metr yeni səki daşları düzülüb. Zəruri olan yerlərdə yol əsası qazılaraq çıxarılıb və karbonat materialı tökülərək yenidən kipləşdirilib.

Bundan başqa, dairənin ətrafında olan yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində də işlər aparılacaq. Asfalt-beton örtüyünün üst qatı frezlənərək, kənara daşınacaq. Daha sonra isə yolun hərəkət hissəsinin təqribən 7500 kvad. metr ərazisinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

İşlər tərtib olunan qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi