Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb - VİDEO

Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb - VİDEO Avtomobil yolunun uzunluğu 5,7 km, mövcud eni isə 7-8 metrdir
İnfrastruktur
29 Noyabr , 2016 16:09
Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb - VİDEO

Bakı. 29 noyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı şəhərinin Sabunçu rayonunda Sabunçu-Ramana avtomobil yolunun tikintisi işlərinə başlayıb.

“Azəravtoyol”un Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğrayıb və dağılmış hissələr yaranıb, bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı: "Eyni zamanda, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır".

Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5,7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq.

Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Buna paralel olaraq tikinti layihəsi çərçivəsində hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir.

Bundan başqa, optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Hazır hissələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 60 min kv.metr ərazisinin asfaltlanması nəzərdə tutulub.

Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

Son xəbərlər

Orphus sistemi