Yuxarı

​Sabunçu-Ramana avtomobil yolu təmir olunur

Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir

Bakı. 4 mart. REPORT.AZ/ Uzun illərdir təmir olunmayan Sabunçu-Ramana avtomobil yolunda təmir işlərinə başlanılıb. Bunu "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Sabunçu qəsəbəsini Ramana qəsəbəsi ilə birləşdirən avtomobil yolunda çoxlu sayda su sızmalarının olması yolun bərbad vəziyyətə düşməsinə səbəb olub.

"Bundan əlavə, 30 il bunadan əvvəlki hərəkət şiddətinə hesablanan yol konstruksiyası keçmiş normativlərə uyğun olaraq inşa olunduğu üçün 40%-dən çox hissədə yol yatağı yararsız vəziyyətə düşüb. Artıq əraziyə materialların daşınması, texnikanın səfərbər olunmasına başlanılıb. Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir", - deyə P.Mürsəliyev qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi