Sabahdan Yasamal rayonu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Sabahdan Yasamal rayonu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq
İnfrastruktur
27 Fevral , 2017 18:34
Sabahdan Yasamal rayonu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı dövlət başçısının sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur. 

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a bildirilib ki, bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti sabahdan etibarən məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. 

Bu müddət ərzində yarana biləcək narahatlığa görə, “Azəravtoyol” vətəndaşlardan üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi