Yuxarı

Sabahdan Xətai rayonunda su problemi olacaq

Məhdudiyyətlər Ağ şəhər yaşayış massivinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində olacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu, Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar aprelin 7-də 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report” “Azərsu”ya istinadən məlumat verir ki, suyun verilişində məhdudiyyətlər “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi