Sabahdan “Şamaxinka”ya gedən yol təmirə bağlanır

Sabahdan “Şamaxinka”ya gedən yol təmirə bağlanır ​Müzəffər Həsənov küçəsinin bağlı olan hissəsi isə sabahdan açılır
İnfrastruktur
15 May , 2015 13:52
Sabahdan “Şamaxinka”ya gedən yol təmirə bağlanır

Bakı. 15 may. REPORT.AZ/ Bakıda bir müddətdir nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanan Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan 300 metrlik hissəsi mayın 16-dan tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək. Bu barədə "Report"a "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, 6 500 kv. metrlik hissədə yeni asfalt örtüyü salınıb, yol boyu səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan 350 metrlik hissəsində aparılıb. Bu ərazidə də “Azəryolservis” tərəfindən anoloji işlər görülüb: təqribən 4 500 kv. metrlik əraziyə yeni asfalt-beton örtüyü döşənib. Müzəffər Həsənov küçəsinin hər iki hissəsində ümumilikdə 1 min paqon metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin 11 baxış qapağı dəyişdirilib.

Analoji işlərin küçənin Dadaş Bünyadzadə küçəsi ilə kəsişməsindən “Şamaxinka” ərazisinə qədər olan hissəsində də aparılması nəzərdə tutulub. Bu məqsədlə sözügedən ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün sabahdan etibarən bağlanacaq. Təmir-tikinti işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi