Sabahdan "Bakmil" stansiyasında məhdudiyyət müvəqqəti götürülür

Sabahdan "Bakmil" stansiyasında məhdudiyyət müvəqqəti götürülür Bakı. 30 avqust. REPORT.AZ/ Sabahdan Bakmil stansiyasında məhdudiyyət müvəqqəti götürülür.
İnfrastruktur
30 Avqust , 2018 16:33
Sabahdan Bakmil stansiyasında məhdudiyyət müvəqqəti götürülür
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Sabahdan "Bakmil" stansiyasında məhdudiyyət müvəqqəti götürülür.

"Bakı Metropoliteni" QSC-dən "Report"a verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.

"Təmir işlərinin xarakteri nəzərə alınaraq yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərimizin marağ və təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək", - məlumatda bildirilib.

Yaxın günlər ərzində sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən əvvəlcədən ictimaiyyətə geniş məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi