Sabahdan Bakıda əksər avtobus marşrutlarında nağd ödəniş dayandırılır

Sabahdan Bakıda əksər avtobus marşrutlarında nağd ödəniş dayandırılır "Xaliq Faiqoğlu" MMC-yə məxsus daha bir neçə xətdə gediş haqqı kartla ödəniləcək
İnfrastruktur
31 Avqust , 2016 13:12
Sabahdan Bakıda əksər avtobus marşrutlarında nağd ödəniş dayandırılır

Bakı. 31 avqust. REPORT.AZ/ Bakı şəhərində ictimai nəqliyyatda sərnişin axınının tənzimlənməsi, habelə sərnişinlərin hərəkətinin rahat təşkil edilməsi məqsədilə sentyabrın 1-dən etibarən bir sıra marşrut xətlərində ödəniş haqqı vahid kartla yerinə yetiriləcək. Bunu "Report"a "Xaliq Faiqoğlu" MMC-dən bildiriblər. 

Məlumata görə, sabahdan etibarən şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xəttlərində “Bakı Kart” sisteminə keçidlə əlaqədar nağd ödənişlər qəbul olunmayacaq. 

"Bu məqsədlə şirkət rəhbərliyi vətəndaşlardan “Bakı Kart” ödəniş kartlarını əldə etməsini xahiş edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi