Sabahdan Bakıda bəzi avtobus marşrutları dəyişdirilir

Sabahdan Bakıda bəzi avtobus marşrutları dəyişdirilir Paytaxtın bir neçə marşrut avtobuslarının xətlərinə dəyişikliklər edilib
İnfrastruktur
31 Avqust , 2015 14:37
Sabahdan Bakıda bəzi avtobus marşrutları dəyişdirilir

Bakı. 31 avqust. REPORT.AZ/ “Baku-Bus” MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərinə dəyişikliklər edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, 1 saylı marşrut avtobusunun hərəkət cədvəli - “Koroğlu” metro stansiyası-Heydər Əliyev prospekti- "28 May" metro stansiyası istiqamətində olacaq.

Məlumata görə, hərəkət cədvəlində dəyişiklik edilən 11 nömrəli marşrutun yeni xətti “H.Aslanov” m/st.-Q.Qarayev pr-ti-“Koroğlu” m/st.-Ziya Bünyadov pr-ti-Ə.Rəcəbli küç.-H.Əliyev küç.-“Gənclik” m/st.-Ağaoğlu küç.-Xətai pr-ti marşrutu üzrə olacaq.

Bundan başqa, 38 nömrəli marşrutun xətti (Keşlə qəs.-H.Əliyev pr-ti-“Şəfa” stadionu-M.Nərimanov küç.(tunel)-“Ulduz” m/st.-H.Əliyev pr-ti-A.Nemətulla küç.-mövcud xətt üzrə), 136 nömrəli marşrutun xətti (“Q.Qarayev” m/st.-“Koroğlu” m/st.-H.Əliyev pr-ti-Mərdəkan qəs.-Şüvəlan qəs., "Şimal" DRES), 184 nömrəli marşrutun xətti (Suraxanı qəs.-H.Əliyev pr-ti-“Koroğlu" m/st) dəyişdirilib. 

Həmçinin, 100 saylı marşrut xətti ləğv edilərək, 136 saylı marşrut daşıycısının xidmətinə verilib. 

Qeyd edilən dəyişikliklər 1 sentyabr 2015-ci ildən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi