Sabahdan Bakı-Tver istiqamətində avtobus reysi açılır

Sabahdan Bakı-Tver istiqamətində avtobus reysi açılır Sabahdan etibarən həftənin çərşənbə axşamı və cümə günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Rusiyanın Tver şəhərinə avtobus reysləri həyata keçiriləcək.
İnfrastruktur
27 May , 2019 16:32
Sabahdan Bakı-Tver istiqamətində avtobus reysi açılır

Sabahdan etibarən həftənin çərşənbə axşamı və cümə günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Rusiyanın Tver şəhərinə avtobus reysləri həyata keçiriləcək. 

BBAK-dan “Report”a verilən məlumata görə, avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək.

Səfər müddəti, təxminən, 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00-da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 manat təşkil edir. Avtobus Rostov, Voronej, Tula, Moskva şəhərlərindən keçəcək.

Bakı-Tver-Bakı reysinə biletləri “avtovagzal.az” saytına daxil olmaqla onlayn qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə etmək olar. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

"BBAK onun ərazisindən hərəkət etməyən və beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə məsuliyyət daşımır!", - deyə açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi