Sabah Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Sabah Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında hərəkət qismən məhdudlaşdırılacaq Sürücülərdən mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri xahiş olunur
İnfrastruktur
25 Aprel , 2016 17:27
Sabah Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. 25 aprel. REPORT. AZ/ Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

Bu barədə "Report"a "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən bildirilib. 

Məlumata görə, işlər aprelin 26-da, səhər saat 10:00-dan başlanacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adıçəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər. 

Son xəbərlər

Orphus sistemi