​Sabah paytaxtın iki ərazisində hərəkət qısamüddətli məhdudlaşdırılacaq

​Sabah paytaxtın iki ərazisində hərəkət qısamüddətli məhdudlaşdırılacaq İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır
İnfrastruktur
8 Yanvar , 2016 18:18
​Sabah paytaxtın iki ərazisində hərəkət qısamüddətli məhdudlaşdırılacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ Sabah paytaxtın iki ərazisində hərəkət qısamüddətli məhdudlaşdırılacaq. 

"Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədilə yanvarın 9-da aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısamüddətli məhdudlaşdırılacaq. 

İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi