Yuxarı
    Bağlamaq

    Sabah “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Areanın yerləşdiyi hissədə yol bağlanacaq

    Ərazidə təmir işləri aparılacaq

    Bakı. 11 aprel. REPORT.AZ/ Sabah səhər saatlarından etibarən Dövlət Rayon Elektirik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Areanın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən L.Starçuk küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

    "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən xəbərə görə, qeyd edilən hissələrdə yollar aparılan təmir işləri ilə əlaqədar bağlanacaq. 

    "Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi