Sabah Binəqədi rayonunun bir hissəsində yol bağlanacaq - VİDEO

Sabah Binəqədi rayonunun bir hissəsində yol bağlanacaq - VİDEO İbrahimpaşa Dadaşov küçəsinin digər hissələrində hərəkət açıq olacaq
İnfrastruktur
7 Aprel , 2017 18:04
Sabah Binəqədi rayonunun bir hissəsində yol bağlanacaq - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 8-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda qeyd edilib. 

"Qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək. Küçənin digər hissələrində hərəkət açıq olacaq. Həmin küçədə sıxlığın yaranmaması üçün sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi