Yuxarı
    Bağlamaq

    Bakının mərkəzində yol iki gün bağlı olacaq

    Avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcək

    Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün və sabah su borularının dəyişdirilməsi ilə əlaqədar Bakı şəhərində İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında olan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq.

    "Report" xəbər verir ki, bu küçələrlə hərəkət edən avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcək.

    Qeyd edək ki, Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı şəhər Halqası Əməliyyat Şirkəti bu ilin iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

    Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi