Yuxarı

Sabah Bakının daha bir mərkəzi küçəsi bağlı olacaq

Yolda təmir işləri aparılır

Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq. 

"Report" xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC məlumat yayıb. 

Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabrın 13-dən 14-nə keçən gecə - bazar ertəsi aradan qaldırılacaq.

Məlumata görə, təmir işləri gələn il iyun ayında Bakıda keçiriləcək "Formula 1" yarışına hazırlıq işləri çərçivəsində həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi