​Sabah Bakının bir hissəsində su problemi olacaq

​Sabah Bakının bir hissəsində su problemi olacaq Səbəb magistral su kəmərinə birləşmənin verilməsidir
İnfrastruktur
17 Noyabr , 2015 17:41
​Sabah Bakının bir hissəsində su problemi olacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 18-də Bakı şəhəri Nərimanov rayonunun bir neçə küçəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a daxil olan məlumata görə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin verilməsi ilə əlaqədar sabah gün ərzində Nərimanov rayonunun Ə.Rəcəbli, A.Nemətulla, Y.V.Çəmənzəminli, F.Xoyski, F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi