Sabah Bakının Azadlıq prospektinin bir hissəsi bağlanacaq

Sabah Bakının Azadlıq prospektinin bir hissəsi bağlanacaq Bakı. 12 dekabr. REPORT.AZ/ Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 
İnfrastruktur
12 Dekabr , 2017 17:02
Sabah Bakının Azadlıq prospektinin bir hissəsi bağlanacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 

Bu barədə “Report”a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudlaşma asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır. 

"Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarına qədər tətbiq ediləcək", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi